Ermənistan parlamentində növbəti dəfə əlbəyaxa dava düşüb.
“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, davaya səbəb Robert Koçaryanın oğlunun çıxışı olub.
Rusiyapərəst müxalifəti təmsil edən Levon Koçaryana vitse-spiker Akop Arşakyan cavab verib. Robert Koçaryanın oğlu çıxışı zamanı Nikol Paşinyanı və Alen Simonyanı hədəf alıb: “Qoy Alen Simonyan ehtiyatlı olsun və bilsin ki, mən onu oturduğu hündür yerdən atanda, bu, onun üçün çox ağrılı olacaq”.
Simonyan iclasda iştirak etməyib. Əvəzində, Koçaryanın sözlərindən qəzəblənən vitse-spiker Arşakyan öz emosiyalarını saxlaya bilməyib: "Ey Lavon, həddini bil! Otur və sənə deyilənlərə qulaq as! Mənə barmaq göstərməyə cəsarət etmə!”
Bundan sonra zalda hakim partiya və müxalifət deputatları arasında qarşıdurma yaşanıb.
Сын Кочаряна пригрозил Симоняну и устроил скандал в парламенте pic.twitter.com/IONwiSRNVD
— seymur bakshev (@seymur_bakshev) May 14, 2025
“AzPolitika.info”


Şərhlər
Bunun babası zatıqırıq türk azerbaycanlıdır ve bunun dedesine vaxtında "Türk Pazı" çalınmadı ve Paz Paşinyana qismet oldu mence bu gedeye bir yaxşı "Seskesen Oaz" vurulmaludur ki,bunun "Qazı alınsın.