Menu

“O, ƏSL LİDERDİR...” – Ər-Riyadda tarixi görüş + VİDEO (Yenilənib)

14.05.2025, 21:16
“O, ƏSL LİDERDİR...” –  Ər-Riyadda tarixi görüş  + VİDEO (Yenilənib)

Səudiyyə Ərəbistanında Suriyanın yeni Prezidenti Əhməd Şaraa ilə görüşən Donald Tramp bu görüşdən çox razı qalıb.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Tramp ABŞ-də terrorçu kimi axtarışda olmuş Suriyanın yeni Prezidentini “çox ciddi keçmişi olan cavan, cazibədar oğlan” adlandırıb. 

O qeyd edib ki, onların Səudiyyə Ərəbistanındakı görüşü “gözəl” keçib: "Onun potensialı var - o, əsl liderdir. Onun həqiqətən hər şeyi nəzarət altına almaq şansı var".

Tramp həmçinin, Suriya başçısını “köhnə düşmən” - İsraillə münasibətləri normallaşdırmağa çağırıb.

Bu arada qeyd edək ki, xarici KİV-lər Suriya Prezidentinin Dəməşqdə “Tramp Tower” tikmək istədiyini iddia edir.

***

ABŞ Prezidenti Donald Trampla Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa (Culani) arasında görüş keçirilir. Bu barədə məlumatı “Al Arabiya” telekanalı yayıb.

Bildirilib ki, görüş hər iki ölkə liderinin səfərdə olduğu Ər-Riyadda baş tutub.

Bundan əvvəl isə, “Anadolu” agentliyinin məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Donald Tramp, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman və Əhməd əl-Şaraa görüş keçirib.

Türkiyə lideri görüşə telefon bağlantısı vasitəsilə qoşulub. Ərdoğan görüş zamanı Trampın Suriyaya qarşı sanksiyaların ləğv edilməsi barədə qərarının tarixi əhəmiyyət daşıdığını bildirib. 

“AzPolitika.info”




Şərhlər

Tahir 2025-05-14 23:17:49

Bizim kənddə kolxozun bir hesabları vardı. Kopya Trampla oxşayırdı. Kişinin adı Göyərçin olsa da kənddə ona çox vaxt "sağsağan" deyirdilər. Həmişə qoltuğunda meşin papka, papanın da içində taxta hesab çotkası (kalkulyator) gəzdirirdi. Sonralar pensiyaya çıxanda da çotka qoltuğunda idi. İndi Tramp da bizim hesabda Göyərçin kimi hara getsə kalkulyatoru özüynən gəzdirir ..

Tahir 2025-05-14 21:33:29

Bu Trampın da boş- boş qırıldstmağı var e.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol