Menu

Sergey Lavrov İstanbul görüşündə iştirak etməyəcək

14.05.2025, 19:56
Sergey Lavrov İstanbul görüşündə iştirak etməyəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 15-də İstanbulda baş tutacaq danışıqlarda iştirak etməyəcək.

APA xəbər verir ki, bu barədə məlumatı “kommersant.ru” yayıb.

Ötən gün “The Washington Post“ nəşri Rusiya diplomatiyasının rəhbərinin müzakirələrə prezident Vladimir Putinin köməkçisi Yuri Uşakovla birlikdə qatılacağını iddia edib.

Həmçinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff dövlət katibi Marko Rubio ilə mayın 16-da İstanbula yollanacağı barədə məlumat verib.

ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl bildirib ki, rusiyalı həmkarının Türkiyəyə səfəri məhz onun bu ölkəyə gələcəyindən asılıdır.

Qeyd edək ki, prezident V. Putinin sözçüsü Dmitri Peskov göstərilən 15 may tarixində Kreml rəhbərinin işgüzar görüşlərinin olacağını açıqlasa da, onların keçiriləcəyi məkan barədə sualdan yayınıb.

Şərhlər

Tahir 2025-05-15 03:08:41

Xain xoflu olar. Putin Zelenski ilə yalnız qalib durumda gedər. İndiki durumda o belə görüşdən qaçacaq. Putin Zelenskidən qorxur. Zelenski söz xridarıdır, cəsarətlidir, haqlıdır. Putin hazırcavab deyil, şablon danışır, hazır temalar ətrafında şpalqatka ilə davranır və mütilərlə görüşməyə üstünlük verir... Tokayev vəimamoli Rahmon qarşısında aciz qaldığını xatırlayın

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol