Menu

Babək rayonunun dağlıq kəndlərinə güclü dolu düşüb - VİDEO

14.05.2025, 22:18
Babək rayonunun dağlıq kəndlərinə güclü dolu düşüb - VİDEO

Naxçıvan Muxtar Respublikasında qeyri-sabit hava şəraiti davam edir.

"Report"un yerli bürosu xəbər verir ki, mayın 14-də muxtar respublikanın rayon və kəndlərinə leysan xarakterli yağış yağıb.

Babək rayonunun Yuxarı və Aşağı Buzqov kəndlərində isə güclü dolu müşahidə olunub.

Dolu təsərrüfatlara və meyvə bağlarına ziyan vurub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol