“Biz bölgə ölkələri ilə qardaşıq. Azərbaycan və Türkmənistanla qohumuq. Başqaları (ABŞ) bizi müharibəyə sürükləmək istəyir. Ancaq biz bunu etməyəcəyik”.
Bunu dünən Kermanşah əyalətində iş adamları ilə görüşən İran prezidenti Məsud Pezeşkian ABŞ-nin bölgəyə müdaxiləsini tənqid edərkən deyib.
Pezeşkian qeyd edib ki, əgər region dövlətləri birlikdə ticarət əlaqələri qura bilsələr, müsəlman ölkələri arasında böyük ticarət bazarı, eləcə də sülh və təhlükəsizlik yarada bilərlər. Onun sözlərinə görə, bu bölgə başqalarına deyil, region ölkələrinə məxsusdur.
"AzPolitika.info"


Şərhlər
ÇOX SAĞ OL TÜRK OĞLU TÜRK!