Menu

Putinə qarşı etraz aksiyası - VİDEO

18.12.2014, 20:11
Putinə qarşı etraz aksiyası - VİDEO

Polis etirazçıları avtobuslara mindirərək, ərazidən uzaqlaşdırıb

Rusiya prezidenti Vladimir Putin bu gün mətbuat konfransı keçirərkən Kreml yaxınlığında etiraz aksiyasi olub.

ANS TV-nin məlumatına görə, toplaşan bir qrup etirazçı Vladimir Putinə sual vermək istədiklərini deyərək, mətbuat konfransının keçirildiyi məkana daxil olmaq istəyib.

Polis 20-yə yaxın etirazçını həbs edib və etirazçılar polis avtobuslarına mindirilərək, ərazidən uzaqlaşdırıb. Moskva polisi etirazçıların hansı əsasla həbs edildiyini isə hələlik açıqlamayıb.

Qeyd edək ki, Vladimir Putin bu gün mətbuat konfransı keçirib. O, regionda baş verən proseslərlə bağlı jurnalistlərin suallarını cavablandırıb. O, Rusiya iqtisadiyyatı haqqında, xüsusən də rublun məzənnəsinin kəskin şəkildə düşməsi ilə bağlı da mühüm açıqlamalar verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol