Menu

“ABŞ olmasın...” - Rusiya ABŞ-nin Ukrayna ilə danışıqlara qatılmasına qarşı çıxdı

16.05.2025, 12:48
“ABŞ olmasın...” - Rusiya ABŞ-nin Ukrayna ilə danışıqlara qatılmasına qarşı çıxdı

Rusiya nümayəndə heyəti ABŞ nümayəndələrinin Rusiya-Ukrayna birbaşa danışıqlarında iştirakına qarşı çıxıb. 

“AzPolitika” xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Rusiya-Ukrayna danışıqlarının növbəti raundunda ABŞ-ni Dövlət Departamentinin Siyasi Planlaşdırma üzrə direktoru Maykl Anton təmsil etməlidir. Bundan öncə danışıqlarda Marko Rubionun iştirak edəcəyi barədə məlumat yayılsa da, sonradan bu xəbər təkzib olundu.

“AzPolitika.info”

Şərhlər

Bəhrami 2025-05-16 15:32:01

RF-Ukrayna qarşıdurması 2014dən gərginləşib,Hərbi Müharibə üç ildir davam edir? Yeni ABŞ rəhbərliyi ilin sonuna qədər əsaslı, ya yersiz iddiaları Ukraynanın ayrılmaz Konstitusion hüquqları ilə müqayisələndirib-adekvat şərtləri danışıqlar və ya ciddi mühakimə tribunalına çıxarsın?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol