Menu

"PKK-nın bütün qolları silahları təhvil verməlidir" - AKP-nin sözçüsü

16.05.2025, 22:32
"PKK-nın bütün qolları silahları təhvil verməlidir" - AKP-nin sözçüsü

PKK terror təşkilatının bütün qolları silahları təhvil verməlidir.

“Report” xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çəlik “Habertürk”ün efirində deyib.

O bildirib ki, məsələ silahı atmaqdan yox, təhvil verməkdən gedir: “Çünki silahı atmaq passiv fəaliyyətdir”.

Ö.Çəlik əlavə edib ki, silahları təhvil vermək tələbi bütün terrorçulara aiddir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol