Menu

Dövlət Sərhəd Xidmətinin rəis müavini iş otağında vəfat edib

22.11.2013, 12:56
Dövlət Sərhəd Xidmətinin rəis müavini iş otağında vəfat edib

General Məhəmməd Abbasquliyev infarkt nəticəsində rəhmətə gedib

Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini, general-mayor Məhəmməd Abbasquliyev dünyasını dəyişib. Məhəmməd Abbasquliyev iş otağında dünyasını dəyişib.

APA-nın məlumatına görə, M. Abbasquliyev infarkt nəticəsində rəhmətə gedib.

M. Abbasquliyev əvvəllər Naxçıvan Sərhəd Diviziyasının komandiri vəzifəsində xidmət edib. Məhəmməd Abasquluyev uzun illər Milli Təhlikəszilik Nazirliyində çalışıb.

İxrisaslı kəşfiyyatçı və sərhədçi kimi tanınıb.

Allah rəhmət eləsin!

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol