Menu

“Qorbaçov, Yeltsin, Çubays “beşinci kolon”un nümayəndələridir"-Jirinovski

18.12.2014, 22:53
“Qorbaçov, Yeltsin, Çubays “beşinci kolon”un nümayəndələridir"-Jirinovski

Rusiya Liberal-Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski president Vladimir Putinin bugünkü mətbuat konfransında söylədiyi “beşinci kolon” fikrini şərh edib.

Modern.az xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Jirinovski bəyan edib ki, “beşinci kolon”un nümayəndələrinin fəaliyyətini artıq 20 ildir müşahidə edir və məhz onlar Sovet İttifaqının dağılmasının lehinə çıxış ediblər: “Beşinci koilon” – bu Boris Yeltsin və Mixail Qorbaçovdur, onlar ABŞ-ın istəyi ilə hərəkət edərək SSRİ-ni dağıdıblar. Ardınca müxalifətçilərə Anatoli Çubays rəhbərlik edib”.

Onun fikrincə, “beşinci kolon”a dissidentləri, məsələn Aleksandr Soljenitsini də aid etmək olar: “Bundan başqa, “Dojd” telekanalının jurnalistləri də ora daxildir. Çünki müsahibə zamanı həmişə elə sual verirlər ki, cavabda Rusiya pis rəngdə görünsün”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol