“Deputat Səyyad Aran deyib ki, 5000 manat maaş alıram, necə qənaət edib maşın alım. Əvvəla, deputat maaşı 5000 deyil, 7000-dən çoxdur”.
“AzPolitika” xəbər verir ki, bunu iqtisadçı ekspert Əkrəm Həsənov deputat Səyyad Salahlının (Aran) fikirlərinə münasibət bildirərəkən deyib.

Xatırladaq ki, millət vəkili mətbuata müsahibəsində aldığı 5 min manat əməkhaqqının ailə xərclərinə ancaq yetdiyini bildirib. Bu da deputatı sosial şəbəkələrdə ciddi tənqid hədəfinə çevirib.
Əkrəm Həsənov isə maraqlı məqamlara toxunub: “Ən əsası isə 16 dekabr 2024-cü ildə Milli Məclis yekdilliklə yaşayış minimumu və ehtiyac meyarının həddini 285 manat məbləğində müəyyən edib. Yəni hörmətli deputatlarımız hesab edir ki, vətəndaşımızın yaşaması üçün 285 manat kifayətdir. Yəni 7000 manatdan çox maaşı özünə az bilən deputat hesab edir ki, sıravi vətəndaş 285 manatla yaşaya bilər. Həm də mən başa düşmürəm ki, bizim deputatlara sırf düymə basmağa görə niyə bu qədər maaş verirlər. Axı onlardan hansısı heç olmasa bir qanun layihəsini hazırlayıb təqdim edib? Heç biri! Halbuki, deputatın işi məhz budur: qanunverici olmaq, qanun layihələri hazırlamaq. Texniki olaraq düymə basmaq yox...”
“AzPolitika.info”

Şərhlər
bunlarin 90 faizi biznesmendir,nə deputat ...
Hörmətli Azpolitika, bəzən biz açıq deyə bilımədiyimiz fikri hansısa sətrin altında gizlətməyə məcbur oluruq və bu milli mətbuatımızın bizlərə öyrətdiyi bir priyomdur. Sizsə həmin cümləni görməzdən gəlməkdənsə dərhal bombarduman edirsiniz. Bilirsiniz ki,təqdim olunan ideyanı hazırkı parlamentlə reallaşdırmaq qeyri-mümkündür. Şərhun elə bir hissəsini ixtisar etmisiniz, onu elə bir hala gətirmisiniz ki, guya mən ideyanı mövcud parlamentə ünvanlamışam. Halbuku mən bu parlamenti kabab iyinə gəlmiş, xalqın malına, puluna və canına daraşmış mütəşəkkil bir qrup hesab edirəm.... İLAHİ ədaləti gözləyirik
Bu sifetlerki var haa, ictimai esaslarlada , maashsiz deputat olmaga razi olarlar; cunki, bilirlerki, 1 neferede dayiliq etseler besleridir!
Hamı bilir ki, deputatların maaşı qeyri-adekvatdır. Onlar bu astronomik məbləği bir-birinə him-cim edərək sözü bir yerə qoyub ailələrinin komfortu xatirinə təyin ediblər. Cəmiyytə özlərini Amerika, Avropa deputatının çəkisində sırıyıblar. Əslində bu mütəşəkkil büdcə talançılığıdır.... Qanunvericilikdə elə bir mexanizm işləyib hazırlamalıyıq ki, deputatların xalqdan qəsb etdikləri pulları onların allələrindən geri almaq mümkün olsun. Çünki pulu övladlar və ailənin bütün üzvləri birgə yeyiblər. Artıq qalan vəsaitin harada gizlədilriyini də bilməmiş deyillər. Təbii ki,onlar da bu mütəşəkkil yeyintidə tərəfdirlər. Belə ki, əgər tərəflərdən hansısa taladığı pulun payına düşən mislini geri qaytarmadan ölərsə həmin misli həyatda olan sağ vərəsələr ödəməlidirlər. Bütün hallarda pul xalqın cibinə qaytarılmalıdır. Kim kimin payını yeyibsə gözünün dəliyindən və burnunun deşiyindən çıxarılmalıdır. Söz düşmüşkən onu da deyim ki, məmurların mülkiyyət və vərəsəlik hüququnun .məhdudlaşdırılması məsələsi də priaritetdir..Azərbaycanda zəngimliyin yuxarı həddi müəyyən edilməli və limitləşdirilməlidir.Xalqı məmur yırtıcılığından qorumağın xətrinə bunu etməliyik və başqa çarə yoxdur.
Hadı Rəcəbli deyirdi :- müəllimə maaş bəs etmirsə , işdən sonran daş daşısın
Mənə 44 il fasiləsiz əmək stajı ilə 280 manat pensiya hesabladılar bu qansızlar....
Deputatlar Xalqa qarşı çox "düzgün" mövqe tutublar, şəxsən mən 405 nanat pensiya alıram, ha xərcləyirəm qurtarmır ki, qurtarmır, hətda maşınım da var OPEL 1999-cu il 8 il öncə 4400 manata almışdım, bu 8 ildə 5-10 min də təmirinə xərcləmişəm, görürsüz pensiyam çatmasa da ordan-burdan tapıb düz-qoş edirəm... deputatların da maaşını qaldırmağ lazımdır ki, avtobusda, metroda getməsinlər maşın alsınlar, heç olmasa velosiped alsınlar...bəzi Avropa dövlətlərinin dövlət-hökumət başçıları kimi velosipedlə gəzsinlər...