Menu

300 metrlik "meqa tsunami” - Fəlakətlə bağlı xəbərdarlıq edildi

19.05.2025, 15:29
300 metrlik "meqa tsunami” - Fəlakətlə bağlı xəbərdarlıq edildi

ABŞ-nin üç bölgəsi üçün 300 metr hündürlüyü keçən nəhəng dalğaların yarada biləcəyi “meqa tsunami” təhlükəsi barədə xəbərdarlıq edilib.

“AzPolitika” “Daily Mail”-ə istinadla xəbər verir ki, hazırda ABŞ-nin Alyaska, Havay və Qərb Sahili bölgələri aktiv vulkanlar, torpaq sürüşməsi riski və fay xətləri yaxınlığı səbəbindən bu nəhəng təbii fəlakətlərə qarşı həssas vəziyyətdədir.

Qeyd olunur ki, adi tsunamilərdən fərqli olaraq, meqa tsunamilər zəlzələlərdən deyil, böyük torpaq sürüşmələri və ya çökmüş vulkanlar nəticəsində yaranır. Bu böyük dalğalar yüzlərlə metr hündürlüyə çata bilər və adi tsunamilərdən on dəfə daha dağıdıcıdır. Bildirilir ki, tarixdə belə bir mega tsunami dinozavrların dövründə göy daşının Yerə çırpılması ilə baş vermiş və qitələrin formalaşmasına səbəb olub.

“AzPolitika.info”

Şərhlər

pensiyaçıya ƏNHU-dan 2025-05-20 01:22:57

Bizimkilər termini rus tələffüzü ilə ifadə edəndə özlərini mədəni adam hesab edirlər. HA-ha ha. T--sunami. Başınıza bir vedrə kül olsun.

pensiyaçı 2025-05-19 16:16:31

niyə TSunami , hörm\ətli yazar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol