Menu

Rusiya XİN Lavrovun İrəvanda müzakirə edəcəyi məsələləri açıqlayıb

19.05.2025, 16:13
Rusiya XİN Lavrovun İrəvanda müzakirə edəcəyi məsələləri açıqlayıb

Rusiya xarici işlər naziri Sergey Lavrov mayın 20-21-də İrəvana işgüzar səfər edəcək.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, Respublika Xarici İşlər Nazirliyinin rəhbərinin İrəvanda erməni həmkarı Ararat Mirzoyan, Baş nazir Nikol Paşinyan və Prezident Vaaqn Xaçaturyanla danışıqları planlaşdırılır.

Danışıqlarda ikitərəfli əməkdaşlığı, Avrasiya İqtisadi İttifaqı çərçivəsində qarşılıqlı fəaliyyət və beynəlxalq platformalarda, ilk növbədə, BMT-də mövqelərin əlaqələndirilməsini müzakirə edəcəklər. Gündəlikdə həmçinin regional təhlükəsizlik, o cümlədən Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması perspektivləri də var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol