Menu

ABŞ Ukrayna münaqişəsinə müdaxilə etməməli idi - Tramp

20.05.2025, 08:02
ABŞ Ukrayna münaqişəsinə müdaxilə etməməli idi - Tramp

“Ukrayna münaqişəsi Avropanın problemi olaraq qalmalı və ABŞ müdaxilə etməməli idi”.

“Report” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə görə, ABŞ Ukraynada müharibənin nizamlanmasında irəliləyiş olmasa, öz rolunu Avropaya ötürəcək:

“Avropada yaranan vəziyyət orada qalmalı idi, lakin biz müdaxilə etdik, çünki əvvəlki administrasiya bizim bu işə qarışmalı olduğumuzu hiss edib. Nəticədə ABŞ məsələyə Avropadan daha çox cəlb edilib”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol