“AzPolitika” Ukrayna ordusuna istinadla xəbər verir ki, mayın 20-nə keçən gecə Rusiya Ukraynaya 108 pilotsuz uçuş aparatı ilə hücum edib. Onlardan 93-ü məhv edilib və ya hədəfə çatmayıb. Bildirilib ki, dronlara qarşı aviasiya və zenit qoşunları fəal şəkildə cavab verib.
Hücumlar nəticəsində Donetsk, Dnepropetrovsk, Sumi və Jitomir vilayətləri zərər görüb.
Son günlər bu hücumların intensivliyi artıb. Ötən gecə 112, ondan əvvəlki gün isə 273 pilotsuz uçuş aparatı ilə zərbə endirilib. Ümumilikdə, mayın 11-nə keçən gecədən — Moskvanın elan etdiyi üç günlük atəşkəsin başa çatmasından sonra — Rusiya Ukraynaya 1148 ədəd “Şahed” tipli və digər növ hücum dronları göndərib.
AzPolitika.info


Şərhlər