Menu

Gəncədə yol qəzası olub, ölən və xəsarət alan var

20.05.2025, 23:54
Gəncədə yol qəzası olub, ölən və xəsarət alan var

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə şəhər ərazisində qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi zamanı avtomobilin sürücüsü, Goranboy rayon sakini, 1988-ci il təvəllüdlü Vüsal Bayramov ağır xəsarət alıb.

Həyat yoldaşı, 1985-ci il təvəllüdlü Jalə Nəbiyeva isə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol