Menu

Aİ Qəzzaya hücumla bağlı İsraillə münasibətləri nəzərdən keçirəcək

21.05.2025, 09:37
Aİ Qəzzaya hücumla bağlı İsraillə münasibətləri nəzərdən keçirəcək

Aİ-yə üzv ölkələrin əksəriyyəti İsrailin Qəzzaya hücumlarına görə onunla münasibətlərə yenidən baxılması təklifini dəstəkləyir.

APA xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə Brüsseldə keçirilən Aİ Xarici Əlaqələr Şurasının “Müdafiə” mövzusundakı iclasından sonra mətbuata açıqlama verən Kallas bunları deyib:

"Qəzzadakı vəziyyət isə fəlakətdir. İsrailin icazə verdiyi yardım, əlbəttə ki, alqışlanır, amma bu, okeanda bir damladır. Yardım dərhal, maneəsiz və geniş miqyasda axmalıdır. Buna ehtiyac var. Bugünkü danışıqlardan aydın olur ki, İsraillə Assosiasiya Sazişimizin 2-ci maddəsinə yenidən baxılması tələbini dəstəkləyən güclü əksəriyyət var. Biz bu nəzərdən keçirmə prosesinə başlayacağıq və bu proses zamanı İsrailin vəzifəsi Qəzzaya humanitar yardımı buraxmaqdır. İnsanların həyatını xilas etmək bizim əsas prioritetimiz olmalıdır."

Şərhlər

Bəhrami 2025-05-21 13:11:49

Вдумается Представительница ЕвроСоюза госпожа Кая Каллас разрешить *исторический* конфликт с переСогласованием государственой территории Палестины, в первую очередь с Главной Ассамблеей и СБ ООН, а также с ЕвроСоюзом?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol