Ermənistanda səfərdə olan Rusiya XİN başçısı Sergey Lavrov erməni jurnalistlərin “xoşagəlməz” sualları ilə üzləşib.
“AzPolitika” xəbər verir ki, Lavrova sualları erməni dilində verən jurnalistlər ondan “Rusiya Ukraynaya etdiklərini Ermənistana da etmək niyyətində olub-olmadığını” soruşub.
Suala hiddətlənən Lavrov müqayisənin doğru olmadığını deyib: “Ermənistanın Ukraynalaşmasından necə söhbət gedə bilər? Ermənistan sivil ölkədir. Buna cavab verərkən özümü bir az yöndəmsiz hiss edirəm, çünki mənim cavabıma ehtiyacınız yoxdur”. O, sualın bu şəkildə qoyulmasının “Ukraynadakı nasist rejimini dəstəkləmək anlamına gəldiyini” iddia edib.
Lavrov “Ermənistanın Ukraynalaşması” üçün heç bir səbəb görmədiyini qeyd edib: “Ermənistan bizim dostumuzdur, rus dilini qanundan kənar qoymur, etnik rusları qanuni hüquqlarından məhrum etmir. Ukraynadan başqa dünyanın heç bir yerində dili qadağan edən qanunlar yoxdur. Ermənistanda Azərbaycan dili qadağan olunmayıb. Azərbaycanda erməni dili konstitusiya ilə qadağan edilməyib. Amma Ukraynada rus dili qadağandır".
“AzPolitika.info”

Şərhlər
Buna orada qayıdıb deyən olmayıb ki, Ukraynanın rəsmən etdiyini siz qeyri-rəsmi formada etmisiniz. Adını rus dili bilmir qoyub rus olmadığı üçün uşaqları məktəbə götürmürsünüz. Bunlar istəyir ki, bütün mnillətlər rusca danışsın. Hamı "çastuşka" desin və hamı "samaqon" içsin.
İstənilən konkret suala, istənilən rus siyasətçisinin cavabı kəlləmayallağ, həqiqətdən uzağ olacaq. Buyurun verilən suala Lavrovun cavabına baxın, "...Ermənistan sivil ölkədir..."...fikirləşirsən ki, bu cür konkret verilmiş sula necə cavab verəcək??? buyurun Rusiyadan Qarabağ məsələsinə görə incimiş Ermənistana Lavrov bəy tərifi vurur...