Son illərdə Ukraynaya göstərilən bütün yardımlar yenidən və ətraflı şəkildə araşdırılacaq.

“AzPolitika” xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

Onun sözlərinə görə, ABŞ hökumətində bu məsələyə nəzarət edən ümumi müfəttişlər və xüsusi müfəttişlər var. Yardımların xərclənməsi və istifadəsi məhz onların nəzarəti altında araşdırılacaq.

“Əgər hər hansı qanunsuz mənimsəmə və ya manipulyasiya aşkarlansa, bu məsələyə ciddi şəkildə müdaxilə ediləcək”, – deyə dövlət katibi əlavə edib.

Rubio həmçinin bildirib ki, ABŞ-nin əsas məqsədi Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılmasıdır. O qeyd edib ki, Vaşinqton artıq Ukraynaya fövqəladə yardım göstərib, lakin döyüşlər davam etməməlidir.

“Bu müharibənin hərbi həlli yoxdur. O yalnız danışıqlar yolu ilə başa çata bilər. Müharibə nə qədər tez dayandırılsa, bir o qədər az insan həlak olar, daha az maliyyə xərclənər və dağıntılar az olar”, – deyə Rubio fikrini tamamlayıb.

“AzPolitika.info”