Menu

İsrail yenə danışıqlardan çəkilir - Nümayəndə heyəti geri çağırıldı

22.05.2025, 17:34
İsrail yenə danışıqlardan çəkilir - Nümayəndə heyəti geri çağırıldı

Fələstinin “Həmas” hərəkatının nümayəndələri ilə danışıqlarda iştirak edən İsrail nümayəndə heyəti Qətərin paytaxtı Dohadan tamamilə geri çağırılıb. 

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, texniki məsələlərlə məşğul olan mütəxəssislər də daxil olmaqla, istisnasız olaraq İsrail danışıqlar qrupunun bütün üzvləri vətənlərinə qayıdırlar. Qeyd olunur ki, İsrail hakimiyyəti bu qərarı “Dohadakı danışıqların uğursuzluğa düçar olması” ilə izah edir.

Bundan əvvəl “Həmas” və İsrail arasında Qəzza zolağında münaqişənin həllinə dair bir neçə raund məsləhətləşmələr keçirilib. Mayın 20-də Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani bildirib ki, aparılan danışıqlar tərəflərin mövqeləri arasında yaxınlaşmaya səbəb olmayıb. Onun sözlərinə görə, “son bir neçə həftə ərzində Dohada keçirilən danışıqlar raundları təəssüf ki, hələ heç nəyə gətirib çıxarmayıb, çünki iki tərəf arasında uçurum var”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol