Menu

Hikmət Hacıyev NATO rəhbərliyi ilə təhlükəsizlik və tərəfdaşlıq məsələlərini müzakirə edib - FOTO

22.05.2025, 21:24
Hikmət Hacıyev NATO rəhbərliyi ilə təhlükəsizlik və tərəfdaşlıq məsələlərini müzakirə edib - FOTO

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Brüsseldə yerləşən Baş Qərargahına səfər edib.

APA xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyi “X” sosial şəbəkəsində paylaşım edib.

Səfər çərçivəsində Hikmət Hacıyev NATO Baş katibinin müavini Radmila Şekerinska ilə görüşüb.

Görüşdə Azərbaycan-NATO tərəfdaşlığının mövcud vəziyyəti, gələcək əməkdaşlıq imkanları, regional və beynəlxalq təhlükəsizlik mühiti ilə bağlı məsələlər müzakirə olunub.

Tərəflər NATO-nun sülhməramlı əməliyyatlarında Azərbaycanın iştirakı, eləcə də müttəfiq və tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə verdiyi töhfələr kontekstində Azərbaycanın rolunu yüksək qiymətləndiriblər.

Azərbaycanın NATO üçün uzunmüddətli və etibarlı tərəfdaş olduğu bir daha vurğulanıb.

Səfər çərçivəsində Hikmət Hacıyev NATO Baş katibinin Şəxsi Ofisinin direktorunun birinci müavini Lorenz Meyer-Minnemann ilə də görüşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol