Menu

Senatda respublikaçıların lideri Rusiyanı yeni sanksiyalarla hədələyib

23.05.2025, 07:47
Senatda respublikaçıların lideri Rusiyanı yeni sanksiyalarla hədələyib

“Moskva Ukraynada hərbi əməliyyatları dayandırmağa razı olmasa, yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar təsdiqlənəcək”.

“Report” xəbər verir ki, bu barədə ABŞ Senatında Respublikaçıların lideri Con Tuna istinadən “Axios” portalı məlumat yayıb.

“Əgər Rusiya ciddi diplomatiya ilə məşğul olmaq istəmirsə, Senat Tramp administrasiyası ilə birlikdə əlavə sanksiyaları nəzərdən keçirəcək”, - Tune bildirib.

Onun sözlərinə görə, yeni məhdudiyyətlər Rusiyanı danışıqlara məcbur edə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol