Mayın 22-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 1500, 392, 380, 240, 100, 61, 40 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Bu barədə DİN-dən məlumat verilib.
"Naməlum nömrələrdən gələn zəng və mesajlara qarşı diqqətli olun, təhlükə var. Bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır", məlumatda deyilir.


Şərhlər
Hər gün vətəndaşların müxtəlif kiber üsulla pul vəsaitləri bank kartlarından oğurlanır. X/e qeyd edərdiniz cavabdeh qurumlar nə kimi tədbirlər görməlidir. ki, bu kimi halların qabağı alınsın