“2025-ci ildə buraxılış imtahanlarında iştirak edən orta statistik 11-ci sinif şagirdinin balı 132.33, 2024-cü ildə isə 132.09 olub. Bu mərhələdə toplanıla biləcək maksimal bal 300-dür”.
"AzPolitika" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.
DİM sədri, həmçinin gələcək imtahan iştirakçılarına davranış qaydalarına xüsusi diqqət yetirmələri ilə bağlı çağırış edib: “Bir daha imtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, qayda pozuntularına yol verən şəxslərin bütün nəticələri ləğv olunur və onlar ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək şanslarını itirirlər. Yəni qayda pozuntusuna yol verənlər qəbul imtahanlarının ikinci cəhdinə də buraxılmırlar, həmçinin onlar birinci mərhələnin (buraxılış imtahanının) nəticəsinə əsasən V ixtisas qrupunun müsabiqəsində iştirak hüququnu itirirlər”.
Məleykə Abbaszadə həmçinin bildirib ki, təhsil ekspertləri ali təhsil müəssisələrinə qəbul imtahanlarının qiymətləndirmə prosesində iştirak edə bilərlər.
O bildirib ki, bu prosesdə minlərlə müəllim iştirak edir: "Hər sualı 2 ekspert yoxlayır. 1 yazı işini 20 nəfər yoxlayır. 2 müəllimin qiyməti üst-üstə düşməyəndə yenidən yoxlanılır. Bu proses çox mürəkkəbdir.
Biz bu proseslərlə bağlı mediatur edəndə cəmi 2 ekspert gəlmişdi. Digərləri "Facebook"da tənqidi status yazmaqla məşğuldurlar.
Gələn ildən əsaslı olmayan şikayətlərə baxılmayacaq. Çünki bizim resursumuz gedir. Gələn ildən proses sərtləşdiriləcək. Həmin ekspertlər vicdanlı olmalıdırlar. Mən bilmirəm ki, onlara ekspert adını kim verib? Onlar haranı bitirib, beynəlxalq layihədə iştirak edibmi? Müəyyən qruplar var ki, məşhurlaşmaq üçün belə çıxışlar edirlər".

Şərhlər
SEÇKİLƏRDƏ SAXTAKARLIĞA ÖYRƏDİLƏN VƏ YA MƏCBUR EDİƏN MÜƏLLİMLƏRİN ŞƏFFA F VƏ DÜRÜST İŞTİRAKLARI OLDUQCA ŞÜBHƏLİ DEYİLMİ? ONLARA DİM RƏHBƏRİ ƏVVƏCƏDƏN NƏ TAPŞIRSA O NƏTİCƏNİN ÇIXARILMASI ARTIQ AZƏRBAYCANDA NORMAYA ÇEVRİLB.İKİNCİ TƏRƏFDƏN DƏ KOMPÜTERİN İDARÇİLİYİ VEİLƏN ŞƏXSLƏRİN DƏ BU ƏMƏLİYYATARDA NEQATİV ƏMƏLLRİ GÖZLƏNİLNDİR.BUNU PERESTİJ UNÜVERSİTET SAYILAN UNİVERSİTET VƏ İXTSASARA QƏBUL SİYAHİSİNƏ DİQƏT ETMƏK VƏ BU SAHƏLƏRƏ QƏBU OLUNANLARN AİLƏLƏRİ
İLƏ MARAQANMAQ KİFAYƏTDİR.VİCDAN BURADA SUSUR!
DİM-nin fəaiyyətiinin yarıtmaz ,gəncərə qarşı neqativ olduğunu sübut edən kifayət qədər arqmentər ortadadır.Əgər qəbul planı dövlət tərəfindən təsdiqlənirsə o zaman niyəuniversitetləribitirən gənclər ixtisası üzrə iş yerlərinə təyinatla təminolnmlr?Son 30 DİMölkə gənclərinn nəqədərininsavadsız.dipomlişsizolduğu statistikasını aprıbmı ?hansı ehtiyacdan il bə il qəbul planları artırıır.qəbul keçid balları aşağı salınır DİM-nin bu prosesəmünasibətikökündən dəyişməi və gənclərə vurduğumənvi zərər aradan qaldırılmalıdır.Bax.vicdan bu zaman rtada olar.
\