Menu

“İranla danışıqlar aparmağın mənası yoxdur” - Amerikalı senator

23.05.2025, 12:38
“İranla danışıqlar aparmağın mənası yoxdur” - Amerikalı senator

“İranla danışıqlar aparmağın mənası yoxdur”.

Bunu amerikalı demokrat senator Con Fetterman “X” hesabından etdiyi paylaşımda bildirib.

“İranla danışıqlar aparmağın mənası yoxdur. Bu rejim təsdiqlənə və ya etibar edilə bilməz. Biz İsrailin İranın nüvə obyektlərinə hücumla bağlı haqlı qərarını tam dəstəkləməliyik”, -deyə o, qeyd edib.

Qeyd edək ki, ötən günlərdə “Axios” nəşri “Trampın nüvə danışıqları nəticə verməsə, İsrailin tez bir zamanda İrana hücuma hazırlaşdığını” açıqlayıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol