ABŞ Prezidenti Donald Tramp, Avropa İttifaqına qarşı yeni ticarət rüsumu tətbiq etməyə hazırlaşır.
Bu barədə "X" platformasındakı hesabından paylaşım edən Tramp Avropa İttifaqının ABŞ-ni ticarətdə istismar etmək üçün qurulduğunu və əlaqələrin ədalətsiz olduğunu bildirib.
“Avropa İttifaqı ABŞ-ni ticarətdə istismar etmək üçün qurulub. Onlarla baş etmək çox çətindir. Güclü ticarət baryerləri, ƏDV-lər, absurd şirkət cəzaları, qeyri-maddi ticarət maneələri, valyuta manipulyasiyaları və ABŞ şirkətlərinə qarşı haqsız məhkəmə işləri – bunların hamısı nəticə etibarilə ölkəmizin Aİ ilə hər il 250 milyard dollardan artıq ticarət kəsiri verməsinə səbəb olur. Bu, tamamilə qəbuledilməzdir", - deyə Tramp qeyd edib.
Tramp əlavə edib ki, Aİ ilə aparılan danışıqlar nəticə vermir və buna görə də 1 iyundan etibarən ABŞ-də istehsal olunmayan, Aİ-dən gətirilən bütün məhsullara 50% gömrük vergisi tətbiq edilməsini təklif edir.
“Əgər məhsul ABŞ-də istehsal olunubsa, bu vergi tətbiq edilməyəcək. Diqqətinizə görə təşəkkür edirəm,” – deyə Tramp qeyd edib.
"AzPolitika.info"


Şərhlər