Mərkəzi Bankın yeni inzibati binasının tikintisinə böyük pulların xərclənməsi tez-tez iqtisadçıların və digər mütəxəssislərin haqlı tənqidi ilə üzləşir.
“AzPolitika” xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu məsələ ilə bağlı maraqlı paylaşım edib: “Mərkəzi Bankın yeni inzibati binasının tikintisinə bu günə qədər 477 mln. 348 min manat xərclənib, son tamamlama işlərinə daha 153 mln. 883 min manat xərclənəcək.
Beləliklə, MB-nin yeni binası sonda 631 mln. 231 min manata başa gələcək. 631 milyon manat!!!
MB-nin indiki binasında bir neçə dəfə olmuşam, gözəl, müasir binadır, bir tək fasad şüşələrinin rəngini dəyişib şəffaf etsələrdi, bəs edərdi.
Yeni binaya nədən ehtiyac yarandı? Niyə 631 mln. manat xərclənməli idi ki bu binaya?
Bu vəsaitə Qarabağda 10 kənd, və ya 2 böyük qəsəbə tikmək olardı. Nə isə...”
“AzPolitika.info”

Şərhlər
Ancaq belə məmurlarla belə şeylər ola bilir
Bu da bir korrupsiya metodur
Bəs bu məsrflərin nə qədəri xüsusicilərə gedib,mənimsənilb?.Bunu hesaba alan var? Bunları yoxlayan.nəzarət edən var? ...Bəs bu soyğunçuara dur deyən niyə tapılmır?Bəs o ştatları şiirdilmiş qurumlar niyə belə soyğunçuluğa kənardan baxırlar ?
lazımsız binadır. külli miqdarda vəsait göyə sovrulub.
Toxun acdan xəbəri yoxdur. Milyardlarımızə necə istəyir elə də xərcləyirlər kimə istəsələr verirlər. Tək bizə vermirlər
Derdeee!!!! be baxmadilar? qörmediler?
Çünki məmurların bütün sərvətləri vampir kimi əmmək planları var çox sadə.
Bu binanın tikintisi nə qədər vacib idi???, ona görə də irəli gedə bilmirik, axı Milli Bankın hazırkı binası çox gözəl, geniş, yaraşığlı binadı...birdən-birə bu qədər tikintinin öhdəsindən gələ bilmərik, belə ki, ilk növbədə Qarabağ boyda ərazidə tikintilər gedir, 2-cisi Bakıda böyük tikintilər gedir və s...
Baxır kənddə neçə ev olacağ, yəni əgər hər biri 500 ev götürsək və hər evi tam təmirli və əşyalı təhvil verilərsə, bu halda hər bir evi 100 mindən götürsək 10 kənd, yox əgər hər bir kənd 200-300 ev olarsa onda 10 yox, 15-20 kənd olar, birdəki düzgün nəzarət olarsa, yəni yeyinti olmazsa, inanın ki, bu məbləğə daha çox kənd, qəsəbə inşa etmək olar...
Sosial tədqiqat yeni Bakının ən uca ehramı tarixə ehtiram üçün dünya rəqabətli göydələnlərdir, sorğusunu təsdiqləyib. Bələdiyyələr altı qat ixtisar olunubsa, kəndləri də azı bir o qədər ixtisara salmaq olar. AzSSR qat-qat üstələmiş Bazar İqtisadiyyatının danılmaz üstünlükləri. Ancaq, xaricdən gündəlik tər-təravətli ərzaq-qida təchizatı üçün daha hündür varidatlı-güclü Bank gərək deyilmi?