Menu

ABŞ məhkəməsi Trampın Harvardla bağlı qadağasını bloklayıb

23.05.2025, 21:43
ABŞ məhkəməsi Trampın Harvardla bağlı qadağasını bloklayıb

ABŞ-nin federal məhkəməsi Prezident Donald Tramp administrasiyasının Harvard Universitetinə xarici tələbələrin qəbulunu qadağan edən qərarını bloklayıb.

APA xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Məlumata görə, məhkəmənin çıxardığı müvəqqəti qərar hökumətə Harvard Universitetini xarici tələbələri qəbul etmək hüququ verən sertifikasiyadan məhrum etməyə imkan vermir.

Qeyd edək ki, mayın 22-də "The New York Times" qəzeti Tramp administrasiyasının Harvard Universitetinə əcnəbi tələbələri qəbul etmək icazəsini dayandırdığını yazmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol