Ukraynanın paytaxtı Kiyev Rusiya tərəfindən həyata keçirilən pilotsuz uçuş aparatları (PUA) və ballistik raket hücumuna məruz qalıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, raket qalıqları ticarət mərkəzi və yaşayış binasının üzərinə düşüb. Hücum nəticəsində sakinlər metro stansiyalarına sığınmaq məcburiyyətində qalıb. Hadisədə 8-dən çox adam yaralanıb.
Gecə saatlarında başlayan və səhərədək davam edən intensiv hücum Kiyevin ən azı dörd rayonunda dağıntılara səbəb olub. Kiyev hərbi idarəsinin sədri vəzifəsini icra edən Timur Tkaçenko sosial şəbəkədə yayılan məlumatda raket qalıqlarının paytaxtın müxtəlif hissələrinə düşdüyünü və Solomyanskyi rayonunda iki yanğının baş verdiyini bildirib. Altı nəfərin tibbi yardıma ehtiyacı olduğu qeyd olunub.
Kiyev meri Vitali Kliçko hücumdan əvvəl şəhər sakinlərini 20-dən çox Rusiya PUA-sının Kiyevə yaxınlaşdığı barədə xəbərdar etmişdi. Hücum zamanı Obolon rayonundakı ticarət mərkəzi və bir mənzilə dron qalıqları düşüb. Yaralıların sayı səkkiz nəfərə çatıb, ikisi xəstəxanaya yerləşdirilib, digərlərinə hadisə yerində yardım göstərilib.
"AzPolitika.info"

Şərhlər