Menu

İran İsrailə xəbərdarlıq edib - Təhdidlərə cavab verməyə hazırıq

26.05.2025, 20:20
İran İsrailə xəbərdarlıq edib - Təhdidlərə cavab verməyə hazırıq

İran Ordusunun baş komandanı, general-mayor Əbdülrəhim Musəvi İsrailə xəbərdarlıq edib.

“Report” “İrna”ya istinadən xəbər verir ki, o, bildirib ki, İsrail İrana zərər verə bilməz:

“İran təhdidlərə lazımi cavab verməyə tam hazırdır”.

Musəvi bu sözləri İsrail rəsmilərinin son həftələrdə İranın nüvə obyektlərinə zərbələr endirməsi ilə bağlı ritorikasına dair suala cavab olaraq deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol