Menu

"İlham Əliyevlə gözəl və sakit Laçın şəhərində görüşməkdən şərəf duydum" - Şahbaz Şərif

27.05.2025, 21:19
"İlham Əliyevlə gözəl və sakit Laçın şəhərində görüşməkdən şərəf duydum" - Şahbaz Şərif

"Bu gün hörmətli qardaşım, Prezident İlham Əliyevlə gözəl və sakit Laçın şəhərində görüşməkdən şərəf duydum. Son Pakistan-Hindistan münaqişəsində Azərbaycanın göstərdiyi sarsılmaz dəstəyə görə ona təşəkkür etdim".

Bunu Pakistanın Baş naziri Şahbaz Şərif "X"də yazıb.

"Biz Pakistan-Azərbaycan əlaqələrini bütün sahələrdə dərinləşdirmək, regional sülh və tərəqqi naminə birgə işimizi davam etdirmək üçün ümumi əzmimiz olduğunu bir daha təsdiqlədik. Yaşasın Pakistan-Azərbaycan dostluğu!", - o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol