İsrailin Qəzza zolağına qarşı davam edən soyqrım siyasəti və uzunmüddətli embarqosu bölgədə humanitar böhranı daha da dərinləşdirib.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, aclıq və ərzaq çatışmazlığı ilə üzləşən Qəzza sakinləri çərşənbə günü yardım əldə etmək ümidi ilə Birləşmiş Millətlər Təşkilatının Dünya Ərzaq Proqramına (WFP) məxsus deposu qarşısında toplaşıblar. Yardım paylanması zamanı yaranan izdihamda azı 2 nəfər həyatını itirib, çox sayda insan xəsarət alıb.
BMT Dünya Ərzaq Proqramı baş verənlərlə bağlı rəsmi “X” hesabında açıqlama yayaraq bildirib ki, bölgədə humanitar ehtiyaclar nəzarətdən çıxıb və vəziyyət getdikcə pisləşir.
Qeyd edək ki, aylardır işğalçı İsrailin sərt blokadası altında yaşayan Qəzzada ərzaq, su və digər əsas ehtiyacların təminatı kəskin şəkildə çətinləşib. Yardım təşkilatları bölgəyə girişdə ciddi məhdudiyyətlərlə üzləşir, bu isə aclığın və humanitar fəlakətin daha da dərinləşməsinə səbəb olur.
“AzPolitika.info”


Şərhlər