Menu

FHN qar uçqunu təhlükəsi ilə əlaqədar xəbərdarlıq edib

29.05.2025, 17:22
FHN qar uçqunu təhlükəsi ilə əlaqədar xəbərdarlıq edib

Fövqəladə Hallar Nazirliyi qar uçqunu təhlükəsi ilə əlaqədar xəbərdarlıq edib.

APA nazirliyə istinadən xəbər verir ki, xəbərdarlıqda deyilir:

Temperaturun yüksəlməsi fonunda iyunun 3-nə kimi yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, temperaturun yüksəlməsi fonunda iyun ayının 3-nə kimi yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı mövcuddur.Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi vətəndaşları göstərilən müddətdə yüksək dağlıq ərazilərə səfərlərdən çəkinməyə, belə bir zərurət yarandıqda isə müvafiq təhlükəsizlik qaydalarına əməl etməyə, o cümlədən qar uçqunu ehtimalı olan yerlərdən, habelə dik yamaclardan kənar gəzməyə çağırır. Unutmayın, qaydalara biganəlik həyatımıza təhlükədir!"

FHN təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol