Ailə dəyərlərinə zidd verilişlərin dayandırılmasının vaxtı çoxdan çatıb.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov bildirib.
Deputat deyib ki, bu gün boşanmaların, uşaqların törətdikləri cinayətlərin sayının sürətlə artması ciddi narahatlıq doğurur: “Ailə institutunun güclənməsi üçün ciddi addımlar atmalıyıq. Bu prosesə televiziya verilişləri də ciddi mənfi təsir göstərir. Hesab edirəm ailə dəyərlərinə zidd verilişlərin dayandırılmasının vaxtı çoxdan çatıb. Bu məsələlərdə cəmiyyətin də üzərinə ciddi məsuliyyət düşür. 16 yaşlı qızın toyunda iştirak edən hər kəs o cinayətin vəbalına da şərikdir. Necə olur ki, bu qədər insanın biri bu qeyri-qanuni əmələ reaksiya vermir?”.


Şərhlər
Vətndaş imkan verilən mətbuatda saytlarda neqativ hallara reaksiya verir.Siz sadəcə olaraq bunlardan yan keçirsiniz. televiziya proqramlarındakı şou adı ilə efirə buraxılan verilişlər baş ağrısndan başqa bir nəticə vermir və həm də bu televiziyaları baxımsız edib. Özbaşınaıq başqa sahələrdə olduğu kimi televizyaya da sirayət edib.Amma buna diqqət edəcək yetkili qurum ortada görünmür.Niyə?