Menu

Gürcüstanda müxalifət lideri həbs edilib

30.05.2025, 16:35
Gürcüstanda müxalifət lideri həbs edilib

Tbilisi Şəhər Məhkəməsi müxalif “Dəyişiklik üçün Koalisiya”nın lideri Nika Melianın barəsində həbs qərarı çıxarıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edərək Melianın girov müqabilində azadlığa buraxılması qərarını həbs-qətimkan tədbiri ilə əvəzləyib.

Qeyd edək ki, Nika Meliaya qarşı Gürcüstan Cinayət Məcəlləsinin “Gürcüstan Parlamentinin Müvəqqəti İstintaq Komissiyasının çağırışına riayət etməmə” maddəsi ilə cinayət işi açılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol