Menu

Rüfət Səfərovun həbs müddəti uzadılıb

31.05.2025, 13:45
Rüfət Səfərovun həbs müddəti uzadılıb

Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Vəkil Aqil Layıcın APA-ya verdiyi məlumata görə, Binəqədi rayon Məhkəməsində keçirilən prosesdə həbs müddətinin uzadılması barədə təqdimata baxılıb.

Qərara əsasən, Rüfət Səfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti iyunun 23-dək uzadılıb.

Qeyd edək ki, Rüfət Səfərov dekabrın 3-də saxlanılıb. Binəqədi rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Şərhlər

Mahir 2025-05-31 16:19:11

Bunun dədəsi Eldar Sabiroğlu 88-90 və illərdə cəbhənin və sonra müsavatın koridorlarında Mehman Cavadoğlu, Fəxrəddin Abbasov kimilərin irtməyində Heydər Əliyevi ən qatı şəkildə tənqid edənlərdən idi. Sonra bir də ayıldım ki, hətta Siyavuşun hesabına YAP-ın qərərgahının vəzifə tutub..... Eldan hətta Deputat da oldu. Oğlu Sorosun girdabına düşüb və çıxa da bilmir, ondan xalqı düşünən olmaz. Bunlar pul, vəzifə dəlisidirlər

Eli 2025-05-31 15:05:13

Mence bu insan Prokuratura susteminde işleyib -Qanunların icrasıba" burbaça nezarüt edib, axı beke ağlı başında okan adam bu sehvkeri etmez axı???

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol