Menu

Aİ-nin “namizədi” seçkini uduzdu – Polşada Trampın dəstəklədiyi müxalifətçi qalib gəldi (Yenilənib)

02.06.2025, 16:03
Aİ-nin “namizədi” seçkini uduzdu – Polşada Trampın dəstəklədiyi müxalifətçi qalib gəldi (Yenilənib)

Polşada keçirilmiş prezident seçkilərinin ikinci turunda müxalifətdən olan sağ-mühafizəkar “Hüquq və Ədalət” partiyasının namizədi Karol Navrotski qalib gəlib.

“AzPolitika” xarici KİV-lərə istinadla xəbər verir ki, iyunun 1-də keçirilmiş seçkilərdə səslərin hamısı hesablanıb və Navrotski 50,89 faiz səs toplayaraq rəqibi, Varşava meri Rafal Tşaskovskiyə təxminən 400 min səs fərqi ilə qalib gəlib.

Karol Navrotski Polşanın Milli Yaddaş İnstitutunun sabiq rəhbəridir və səlahiyyət müddəti başa çatan prezident Andjey Dudanın da mənsub olduğu “Hüquq və Ədalət” partiyasının dəstəyini qazanıb. Qeyd edək ki, Duda iki müddət ardıcıl olaraq prezident vəzifəsini icra edib.

Sağçı və millətçi mövqeyi ilə tanınan Navrotski ABŞ-ın keçmiş prezidenti Donald Trampın siyasətinə simpatiyası ilə də diqqət çəkir.

2024-cü ilin fevralından etibarən Navrotski Rusiya tərəfindən beynəlxalq axtarışa verilib. Buna səbəb kimi onun Polşada Qızıl Orduya aid abidələrin sökülməsi ilə bağlı cinayət işi üzrə adı hallanması göstərilir.

Seçkilərdə uduzan namizəd Rafal Tşaskovski isə 2018-ci ildən bəri Varşava şəhərinin meridir. Avropayönümlü və liberal siyasi baxışlara sahib olan Tşaskovskini hazırkı baş nazir Donald Tuskun rəhbərlik etdiyi “Vətəndaş Koalisiyası” partiyası dəstəkləyirdi.

***

Polşada iyunun 1-də keçirilən prezident seçkilərində bülletenlərin 100%-i ölkənin Dövlət Seçki Komissiyası tərəfindən işləndikdən sonra “Hüquq və Ədalət” partiyası tərəfindən dəstəklənən Milli Yaddaş institutunun direktoru Karol Navrotski qalib gəlib.

“Report” xəbər verir ki, Navrotski 50,9% faiz, hakim Vətəndaş Koalisiyasının namizədi, Varşava meri Rafal Tşaskovski isə 49,1% faiz səs toplayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol