Menu

Suriyanın keçid dövrü Prezidenti ABŞ-yə səfər edəcək

03.06.2025, 18:50
Suriyanın keçid dövrü Prezidenti ABŞ-yə səfər edəcək

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl-Şaraa sentyabrda ABŞ-yə səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə Suriya KİV-i məlumat yayıb.

Bildirilib ki, Əl-Şaraa son altı onillikdə ilk dəfə Suriya dövlətinin başçısı kimi BMT-nin iclasında da çıxış edəcək.

Qeyd edək ki, Suriyanın keçid hökuməti 2024-cü il dekabrın 9-da Bəşər Əsəd rejiminin devrilməsindən sonra yaradılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol