Ukrayna dronlarının Rusiya strateji aviasiyasına zərbə endirməsi Rusiyanın Ukraynaya qarşı müharibəsində eskalasiya riskini artırıb.
“AzPolitika” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “Fox News” telekanalına açıqlamasında deyib.
Kelloq hesab edir ki, Rusiyanın həyati əhəmiyyətli sistemi olan nüvə triadası hücuma məruz qalırsa, deməli “risk səviyyəsi artır”. Kelloq hətta əlavə edib ki, Kremlin bu məsələyə konkret necə reaksiya verəcəyini proqnozlaşdırmaq mümkün deyil. O vurğulayıb ki, ABŞ səlahiyyətliləri məhz bundan qaçmağa çalışırlar, çünki bu nöqtəyə çatmaq arzuolunmazdır.
Kelloq razılaşıb ki, bu xüsusi əməliyyatın psixoloji təsiri Rusiyanın bombardmançılarının məhv edilməsi nəticəsində baş verən maddi itkilərdən qat-qat ciddidir. O, hesab edir ki, Ukraynanın xüsusi əməliyyatı Rusiya Federasiyasının imicinə böyük ziyan vuraraq, “Ukraynanın təslim olmaq fikrində olmadığını” göstərir.
“Ukrayna mahiyyətcə “biz də bu oyunu oynaya bilərik” dedi”, - Amerika rəsmisi vurğulayıb.
“AzPolitika.info”

Şərhlər