Menu

PENSİYALAR BU TARİXDƏ VERİLƏCƏK - DSMF məlumat yayıb

04.06.2025, 20:44
PENSİYALAR BU TARİXDƏ VERİLƏCƏK - DSMF məlumat yayıb

İyunun 5-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının qrafikdən əvvəl ödənilməsi nəzərdə tutulub.

“AzPolitika” xəbər verir ki, bununla bağlı Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Naxçıvanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən də muxtar respublika üzrə bu ayın pensiya ödənişinin vaxtından əvvəl həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol