Menu

ABŞ Suriyadakı 5 bazasını bağlayıb - 14 nöqtədən 7-si boşaldılıb

05.06.2025, 14:41
ABŞ Suriyadakı 5 bazasını bağlayıb - 14 nöqtədən 7-si boşaldılıb

ABŞ ordusu Suriyanın şimal-şərqində yerləşən Deyr əz-Zor və Həsəkə vilayətlərindəki bəzi bazalarını bağlayaraq bölgədəki hərbi mövcudluğunu azaldıb.

"AzPolitika" xarici KİV-ə istinadla xəbər verir ki, Deyr əz-Zor və Həsəkədə yerləşən Koniko Qaz Sahəsi bazası ilə Cafra, Himo və Tel Beyderdəki ümumilikdə beş baza bağlanıb.

Bağlanan bazalardan sonra ABŞ-nin bölgədə yalnız üç əsas bazası qalıb: Ömər Neft Sahəsi, Şeddadi və Kasrek.

Qeyd olunur ki, ABŞ ordusu bölgədə qalan qüvvələrini Şəddadi bazasında birləşdirməyə başlayıb.

Əsas bazalardan əlavə, müxtəlif fəaliyyətlər üçün istifadə olunan 14 nöqtədən 7-si də boşaldılıb. Bunlar arasında Şəddadidəki humanitar yardım ofisi, Robarya və Tel Beyderdəki səhiyyə bölmələri, Avdə Neft Sahəsi, Sabahulhayır kəndindəki təminat nöqtəsi, Tel Temir və Life Stone təlim düşərgələri yer alır.

ABŞ-nin Suriyadakı digər bəzi baza və nöqtələrdəki mövcudluğunu da azaldaraq yenidən qurma prosesini davam etdirdiyi bildirilib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol