Menu

Həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

06.06.2025, 10:45
Həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Şəkidə həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

"Report" un Şimal-qərb bürosunun məlumatına görə, 1986-cı il təvəllüdlü Həmid Nazim oğlu Əliyev saxlanılıb. Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində H.Əliyevin yeri müəyyən edilərək saxlanılıb. O, istintaqa təhvil verilib.
Qətlin ailədaxili münaqişə zəminində baş verdiyi bildirilir.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, hadisə iyunun 5-də Şəkinin Cəyirli kəndində baş verib. Kənd sakini 1991-ci il təvəllüdlü Zəhra Əliyeva atasının evində qətlə yetirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol