Menu

Bakıda minik və yük avtomobilləri toqquşub - 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb

07.06.2025, 15:47
Bakıda minik və yük avtomobilləri toqquşub - 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb

Bakıda, Böyükşor gölü yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, minik və yük avtomobilləri toqquşub.

TƏBİB avtoqəza ilə bağlı məlumat yayıb.

Qurumdan bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 2025-ci il iyunun 7-də saat 13:50 radələrində Nərimanov rayonu, Böyükşor gölü ərazisində yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub.

Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Hadisə yerində 3 kişinin həkiməqədər ölüm faktı qeydə alınıb. Xəsarət alan 68 yaşlı kişi isə müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol