Menu

Paytaxtda ödənişli xidmətlərin dəyəri 11 %-dən çox artıb

09.06.2025, 12:39
Paytaxtda ödənişli xidmətlərin dəyəri 11 %-dən çox artıb

Bu ilin yanvar-aprel aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3 milyard 3,7 milyon manat olub.

Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2024-cü ilin ilk 4 ayı ilə müqayisədə real ifadədə 11,2 % çoxdur.

Hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 458,4 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 81,8 %-ni təşkil edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,6 % artaraq 4 milyard 502,3 milyon manat olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol