Menu

Qaxda səkkiz gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb

09.06.2025, 21:40
Qaxda səkkiz gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Qaxda səkkiz gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayon sakini, 1951-ci il təvəllüdlü İsmət Bayram oğlu Mustafayev bu gün səhər saatlarında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə iyunun 1-də Qax şəhərinin mərkəzində baş verib.

Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmiş, ona kəllə-beyin travması diaqnozu qoyulmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol