Menu

Kiyev kütləvi hava hücumuna məruz qalıb, əhali gecəni metroda keçirib - FOTO

10.06.2025, 07:14
Kiyev kütləvi hava hücumuna məruz qalıb, əhali gecəni metroda keçirib - FOTO

İyunun 10-u Ukraynanın paytaxtı Kiyev şəhərinə Rusiya ordusu tərəfindən çox kombinasiyalı hava hücumları edilib.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, paytaxtın yeddi rayonu bombalanıb.

Belə ki, gecə boyu güclü partlayış səsləri eşidilib, hava hücumundan müdafiə sistemi aktiv işləməyə başlayıb.

Nəticədə paytaxt sakinləri gecəni yeraltı metro stansiyalarında keçirməyə məcbur qalıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol