Menu

Azərbaycan millisi Macarıstanla qarşılaşacaq

10.06.2025, 10:16
Azərbaycan millisi Macarıstanla qarşılaşacaq

Futbol üzrə Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək.

"Report"un məlumatına görə, Fernandu Santuşun baş məşqçisi olduğu yığma Bakıda Macarıstan seçməsi ilə üz-üzə gələcək.Qarşılaşma "Liv Bona Dea Arena"da, saat 20:00-da start götürəcək. Matçı Belarusdan olan Viktor Şimusik idarə edəcək.Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də Riqada Latviya yığması ilə qolsuz heç-heçə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol