Menu

Arestoviçin “YouTube” kanalı bloklandı - Zelenskinin sanksiyası əsasında

10.06.2025, 17:53
Arestoviçin “YouTube” kanalı bloklandı - Zelenskinin sanksiyası əsasında

“YouTube” Ukrayna Prezident Ofisinin keçmiş müşaviri, hazırda isə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiyaları altında olan Aleksey Arestoviçin daha bir kanalını bloklayıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin Telegram kanalında məlumat yayılıb.

Qeyd olunur ki, bu artıq ikinci kanal idi ki, Arestoviç xaricdə yaratmışdı. İndi bu kanalların hər ikisi bağlıdır. Bundan sonra həmin kanallar Ukraynada yayımlanmayacaq. Sanksiyaya məruz qalan Arestoviçin ilk və əsas “YouTube” kanalı 2025-ci il mayın 9-da bağlanmışdı.

Xatırladaq ki, may ayında Ukrayna Prezidenti Volodimir Zelenski bir sıra digər şəxslərlə yanaşı, Aleksey Arestoviçə də sanksiyalar tətbiq edib. Qeyd olunur ki, Arestoviç son vaxtlar Ukrayna hökumətini kəskin tənqid edir. O, bir sıra qalmaqallı açıqlamaları ilə də tanınır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol