Menu

Azərbaycan millisi Macarıstana uduzub

10.06.2025, 22:47
Azərbaycan millisi Macarıstana uduzub

Futbol üzrə Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib.

"Report"un məlumatına görə, Fernandu Santuşun baş məşqçisi olduğu yığma Bakıda Macarıstan seçməsi ilə üz-üzə gəlib.

"Liv Bona Dea Arena"da baş tutan qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Yığmanın qolunu Renat Dadaşov (7) vurub. Macarların heyətində isə Barnabaş Varqa (5) və Dominik Soboslai (33) fərqləniblər.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də Riqada Latviya yığması ilə qolsuz heç-heçə edib.

Şərhlər

Azər 2025-06-11 11:17:18

Mən bu təklifləri bəzi saytlara göndərsəm də heç biri dərc etmədi, yalnız AFFA-dan rəmi cavab gəldi. Təkliflər isə bundan ibarət idi :

1. Azərbaycanda futbolun kütləviliyin təmin edilməsi, uşaq futbolunun inkişaf etdirilməsi;

2. Futbolun inkişafı ilə bağlı digər “futbol ölkələri”nin (Gürcüstan, Xorvatiya, Niderland və s.) təcrübəsinin öyrənilməsi ;

3. Sovet dönəmində populyar olan uşaqlar arasında keçirilən “Dəri top” turnirinin bərpa edilməsi;

4. AFFA, Bakı şəhər İcra hakimiyyəti və Rayon İcra Hakimiyyətləri ilə birlikdə boş sahələrdə, binalararası yerlərdə (nə qədər ki, “işbazlar” tərəfindən zəbt edilməyib) mini futbol meydançalarının inşa edilməsi və bələdiyyələrin və yaxud Yerli İcra Hakimiyyətlərinin balansına verilməsi;

5. Azərbaycan Respublikası Təhsil Nazirliyi və AFFA-nın iştirakı ilə birlikdə rayonlarda mövcud olan internat məktəblərin “xüsusiləşmiş futbol” məktəblərinə çevrilməsi ilə bağlı işləri həyata keçirmək, ən ucqar kəndlərdən belə istedadlı uşaqları bu internat məktəblərinə cəlb etmək;

6. Orta məktəblərdə siniflər arası futbol yarışlarının və futbol üzrə məktəblər arası şəhər və rayon birinciliklələrinin təkil edilməsi və bu yarışlara futbol seleksionerlərinin cəlb edilməsi;

7. Uşaq futbol məşqçiləri yetişdirilməsi sahəsində işləri həyata keçirmək, bu məqsədlə AFFA nəzdində müvafiq 6 aylıq – 1 illik kursları təşkil etmək və bu kurslarda dərs demək üçün xaricdən yüksək səviyyəli mütəxəssisləri cəlb etmək ;

8. Futbolçularla bağlanan müqavilələrlə bağlı qanunvericiliyi təkmilləşdirmək ;

9. Yeni gənc futbolçuların yetişdirilməsi məqsədilə kiçik futbol məktəblərinin yaradılmasına iş, adamlarının, biznes strukturlarının bu işə cəlb edilməsi, hər bir gənc futbolçunun yetişdirilməsi üçün qoyulmuş investiyaların investora futbolçuların transferi hesabına geri qaytarılmasını qarantiya edən mexanizmin işlənib hazırlanması və bu sahədə qanunvericliyi təkmilləşdirilməsi;









Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol