İran Baş Qərargah və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yeni rəhbərlərini təyin edib.
Bu barədə İran KİV-i məlumat yayıb.
Qeyd olunub ki, Əbdülrəhim Musəvi İranın Baş Qərargah rəisi, Məhəmməd Pakpur isə SEPAH-ın komandanı təyin edilib.
İsrailin İrana endirdiyi hava zərbələri nəticəsində Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Mohammad Baqeri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salaminin həlak olduğu bildirilmişdi.
***
İranda baş verən son hadisələr fonunda İran Silahlı Qüvvələrinin elit birliyi olan İnqilab Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyində dəyişiklik edilib.
İranın Ali Lideri Ayətullah Əli Xameneyinin sərəncamı ilə Sərdar Vahidi SEPAH-ın yeni baş komandanı təyin olunub.
Bu təyinat, əvvəlki komandan Hüseyn Səlaminin İsrailin hücumu nəticəsində həlak olmasından sonra həyata keçirilib. Sərdar Vahidi daha əvvəl müxtəlif hərbi və təhlükəsizlik strukturlarında yüksək vəzifələrdə çalışıb və İranın müdafiə sistemində təcrübəli şəxslərdən biri kimi tanınır.
Təyinatla bağlı yayılan rəsmi açıqlamada bildirilib ki, Vahidi dərhal vəzifəsinin icrasına başlayacaq və ölkənin təhlükəsizliyi ilə bağlı bütün sahələrdə nəzarəti öz üzərinə götürəcək. Bu dəyişiklik İranın cavab tədbirləri və hərbi strategiyası baxımından önəmli mərhələ hesab olunur.

İranın Ali Rəhbəri Əli Xamenei Həbibullah Səyyarini isə İran Silahlı Qüvvələrinin müvəqqəti Baş qərargah rəisiı təyin edib.
O, İsrail hücumlarında öldürülən Məhəmməd Baqerini əvəz edəcək.

Şərhlər